Zorla şair olmazsan
Deyirsən ki, şairlikAncaq peşədir, peşə.Nə əcəb girişmisənVəzifəli bir işə?Şükür, ali savadın,Özünə görə adın.Nə əcəb bir rütbəyə,Ada sahib olmadın?Qulluq zəmanəsidir,Ağlını yığ başına.Aç gözünü, yaxşı baxBəzi yar-yoldaşına.Bil ki, vəzifən olsa,Yazdığın gedər çapa.Qəzetçilər şeriniİstər əlindən qapa.Tənqidçilər boynunaZorla qoyar – dahisən.Təriflər kitabındaŞanlı bir siyahısan.Unudulmuş əsərinTəzədən varaqlanar.Dünən bəyənməyənlərSəninlə maraqlanar.Məclis səndən başlanar,Səninlə də bağlanar.Xidmətçilər maşınıBir-bir sürər qapına.– Buyur, buna min, buna...– Mənimki təptəzədir,İnciyərəm minməsən.Danışmasan, dinməsənBir maşında papağın,Bir maşında kitabın.Bir maşında ayağın,Birində ayaqqabın.
Biri başı gəzdirər,O biri də bədəni.Qapında birləşdiribEvə ötürər səni.Əvvəl etiraz edib,Deyəcəksən nə lazım?Vəzifəm təzələnib,Təzə deyil avazım,Görəcəksən xeyir a.Tərif yağış tək yağır.Bu təriflər içindəNeyləyəsən sən fağır?Əlqərəz bu şairlikAdi peşədir, peşə.Məşhur olmaqçın girişVəzifəli bir işə...Söylə, nə cavab verim?Kömək elə oxucum.Ona təsir edərmiQəzəb dolu bir hücum?Deyimmi NizamininDövləti olmayıbdır.Füzulinin şairlikBileti olmayıbdır.Deyimmi Abbas SəhhətVəzifə axtarmayıb.Hadini küçələrdənFaytonda aparmayıb.Deyimmi “Volqa”da yox.Sabir piyada gəzdi.Bir raket sürətiyləŞeri dünyada gəzdi.Sənə duyğusuz, gərəksiz,Bu günsüz, gələcəksiz,Ucuz şeir yolundaBaş girləyən boşboğaz,Yüz il gücən,Yüz il yaz,Çaşıb – vəzifən olar,Yaşayan şerin olmaz.Çəkmə asan yollaraMəni əbəs yerə sən,Oxucunun ürəyiSənə kabinet deyil.Zəngi basıb girəsən.Gilə-gilə əriyib,Kəlmə-kəlmə düzdüyüm,Söz ömrümü uzadıb,Öz ömrümü üzdüyüm,Qızıl sətirlər üçünGümüşlənən saçımı,Nəğmə ehtiyacımı,Şeir ehtiyacımıDəyişmərəm o səninKefdə keçən vaxtına.Dəyişmərəm masamıYüz hakimlik taxtına.Məhəbbəti, ilhamıVəzifəylə almazsan.Zorla şair olmazsan.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-zorla-sair-olmazsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey könül, sən sevdiyin ol nazlı afət özgədir,Bülbüli-şeydayə gülzari-lətafət özgədir!
Qəzəl: Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalıHəzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında