Baxıram, ekranda par-par yanırsan,Barmağın, qulağın brilyant, yaqut.Bayram yolkasıtək hey fırlanırsan,İstedad bir misqal, bər-bəzək bir pud.

Bircə zahirinə düşür işığın,Üzsən də bir qızıl xəzinəsində.Kaş ki, bu bəzəyin, bu yaraşığınZərrəcə dəyəri ola səsində.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri