On beş dekabrda sən doğulmusan,Ay ustad on altı dekabrda mən.Sən dillər əzbəri rəssam olmusan,Yazıram-pozuram xırda-xırda mən.

Həyatda fərqimiz bircə gün imiş,Sənətdə fərqimiz yerlə göy qədər.Bu şöhrət halalca qismətin imiş,Səttar əbədidir, mən gəldi-gedər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri