Onun əllərinə haram pul dəyib,Başı qarnındaymış, ağlı cibində.Sağ ikən heç kimə xeyri dəyməyib,Qəbri də gizlənib bir kol dibində.

Dünyada nə qədər gözəl məkan var,Torpaq doğmalara yad olar çətin.Harda ki, çayır var, qaratikan var,Orda sümüyü var bir bədniyyətin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri