Qoca var sinəsi geniş Mil düzü,Adı and yeridir elin, Vətənin.Bəmbəyaz saçları, nurani üzüYolunda çıraqdır gəlib-gedənin.

Qoca var qurşanıb bəd əməllərə,Özü də utanır öz “şöhrətindən”.Anıb keçmişini gündə yüz kərəKömür tək qaralır xəcalətindən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən