Qumluqdan sal qaya çıxdı bir dəfə,Karxana küncündə atılıb qaldı.Ona yanıq verdi kiçik bir təpə:– Gör səni bərkliyin nə günə saldı!

Qaya cavab verdi: – Məni külünglərDoğrayıb çarpdıqca diriləcəyəm.Göyə sovuracaq səni küləklər,Mənsə bir divara hörüləcəyəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri