Deyirlər kor olub Homer əzəldən,Gözləri seçməyib qaradan ağı.Bircə gün qələmi düşməyib əldən,Şerinə nur saçıb ağlın çırağı...

Ey könül, yaz-yarat, ömür-gün gedir,Qoyma düşünməkdən beyin yorula.O kəs bu dünyanın ən bədbəxtidir,Onun gözü görə, ağlı kor ola.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət