Çörək doğrayırdım, bıçaq sürüşdü,Kəsdi barmağımı yavaş, yüngülcə.Qanımdan torpağa bir gilə düşdü,Bir az ufuldadı yaram o gecə.

Bu Odlar diyarı yerdən göyəcənMənimdir, döşündən işıq əmərəm.Bircə qarışıyçın son qətrəyəcənQanımı axıtsam, uf da demərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri