Avqust günəşindən boğulur nəfəs,Təntiyib tuturuq ürəyimizi.Nə qədər olsa da ulu, müqəddəs,Günəş istilikdən bezdirir bizi...

Şairlər bu haqda düşünsün barı,Çox düzüb-qoşmaqda bəhsə girməsin.Bir gün cana yığıb oxucuları,İlham pərisindən bezikdirməsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri