Vurğunun saçları vaxtsız ağardı,Gümüş dalğalar qondu başına.Yüz yaşlı qocaya bənzəri vardı,O qədəm qoyanda əlli yaşına.

Dağ deyil, zirvəsi qar görməyən dağ,Gərək sahibinə ad halal olsun.Vaxtsız qocaldı ki, vaxtından qabaqVurğun şerimizdə ağsaqqal olsun!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri