Çeşməyim qəfildən düşüb qırıldı,Kəlməni kəlmədən seçə bilmədim.Ev işıq olsa da, gözüm qaraldı,Otaqdan otağa keçə bilmədim.

Yaxşı ki, qurtardı bu ağır cəzam,Xeyirxah bir həkim çatdı dadıma...Ağlının gözüylə oxuyub-yazanŞair Kərim Faiq düşdü yadıma.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri