Ay Hacı, gəlişin mübarək sənin,Əhsən surətini yaradan elə!Dağıldı heykəli çox başkəsənin,Yerdən baş qaldırıb döndün heykələ.

Sən elin dilindən qazandın rəhmət,Yaxşılıq itməyib, düşsə də dara.Xalqın qəlbindəki gizli məhəbbət,Axır heykəlləşib çıxdı aşkara!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən