Qaya və sel
Keçib dağı-dərəni,Aşıb bəndi-bərəni,Kükrədi sel, daşdı sel,Daşdı tufan qoparsın,Kəndi yuyub aparsın.Bir möhtəşəm qayaylaQəfildən rastlaşdı sel.Vurdu, yıxa bilmədi,Aşa bilmədi onu.Bu qocaman sal qaya,Mətin qaya, lal qaya,Kəsdi selin yolunu.Hiddətindən qabarıbHücum çəkib gəldi sel,Qəlpə-qəlpə qoparıbSinəsini dəldi sel.Didildi, parçalandı,Yarıldı, haçalandı,Xeylu vuruşdu qaya,Tab gətirə bilməyibAxırda uçdu qaya.Uçdu dərəyə doğru,Dağ-daş əsdi bu səsdən.Selin yolu açıldı,Əl-qolu açıldı.Dedi: – “Kəndi bir andaYuyub apararam mən”.Axıb ildırım kimiCumdu evlərə sarı.Amma çata bilmədi,Kəsilmişdi yolları.O qaya ki, sel onuTəkləyib uçurmuşdu,İndi neçə qayaylaQarşısında durmuşdu.Durmuşdu hamısı daVerib çiyin-çiyinə,Sel neyləyər onlarınQranit birliyinə?Ha kükrədi, ha daşdı,Axırda köpü yatdı.Selin gücü tükəndi,Selin ağzı qapandı.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-qaya-ve-sel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dolannam başına misli-pərvanə,Həsrət gözü yolda qalan, məni gör!
کشورستان راستین کاقبال سلطان خواندشصاحبقرانی کاسمان خورشید احسان خواندش
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,