Sən sənət zirvəsiniFəth eləyən qartaldın.Əfsus, səni də əcəlXalqın əlindən aldı.Günəş kim nur saçıbParlayanda qaraldın.Təkcə oğlun Cəmil yox,Musiqim yetim qaldı.Yaslı analar kimiQara geydi sənətim,Əlvida, ey Fikrətim!

Dahiləri cərgədənÖlüm yaman qoparır.“Kürd ovşarı”n hönkürür,“Şur”un fəğan qoparır.Xəzərimin sinəsiDərddən şişib qabarır.

Dostlar səni çiynindəSon mənzilə aparır.“Min bir gecə”yə dönürHər anı bu həsrətin,Əlvida, ey Fikrətim!

Ən layiqli əvəzsənÜzeyirin adına.Bircə gün də olmayıbO düşməsin yadına.Ən çətin imtahandaO yetişib dadına.Yer altında qovuşdunÖz böyük ustadına,Üzeyir yadigarım,Üzeyir əmanətim,Əlvida, ey Fikrətim!

Sən başının tacısanVətənimin, elimin.Nəğməndə cəh-cəhi varŞirin ana dilimin.Kəpəzimin qəddiniƏydi qəfil ölümün.Qar altında qaraldıSuları Göy gölümün.Yasa batdı GəncədəNizamiylə Məhsətim,Əlvida, ey Fikrətim!

Azərbaycan torpağıİstedadlar məskəni.Bu dahilər ocağı,Bu ustadlar məskəni, –Nəğmə kimi köksündəƏzizləyəcək səni.

Ölüm endirə bilməzUcaldığın zirvəni.Sən ey milli sərvətim,Vüqarım, ləyaqətim!Əbədidir şöhrətin,Əlvida, ey Fikrətim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri