Qaz dedi qarğaya: – Çox qarıldama,Hər səsin çıxanda ətim ürpəşir.Ayrılıb çöllərdən səni bir damaSaldırram, qopartma çox haray-həşir.

– Səsimiz bir gələr, – söylədi qaza, –Biz “qa, qa” deyəndə bülbül ət tökür.Neynərsən yanında bayquş ulasa?Bayquşa baxanda bizə min şükür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri