Yazıçı dostum Gülhüseynə

Ay bozardı uzaqda –Közü külə qarışanbir ocağı düşündüm,Yarpaq əsdi budaqda –Əli əldə titrəyənBir qonağı düşündüm.Bir gül açdı,sarı gül –Uçub fikrim, xəyalımSon baharla görüşdü.Bir ağac yandı,köçdü,Yarıqönçə,yarıgül –Müşfiq yadıma düşdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar