Qocalan deyiləm
Solsa da tər çiçəklərHeç vaxt solan deyiləm.Yorulsa da küləklərMən yorulan deyiləm.
Oylağımdır dağ-dərə,Ötmərəm əbəs yerə.Qədir bilməyənlərəYoldaş olan deyiləm.
Fil üzülüb qalsa da,Qartal qanad salsa da,Hər palıd qocalsa daMən qocalan deyiləm.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-qocalan-deyilem
← → düymələri ilə keçid, R — təsadüfi şeir