Yadımdadır yanında ilk zaman mənDanışmayıb dərin fikrə gedərkən,Kədərlənib soruşardın: – Nə oldu,Nədən yenə nitqin belə tutuldu?Deyərdim ki, düşmə dərdə, sevgilim!Vəcdə gəlib öz qəlbini dinləməkBir adətdir şairlərdə, sevgilim!

Gecə yarı dincəlməyib yataqda,Asta-asta gəzinəndə otaqda,

Kədərlənib soruşardın: – Nə oldu,Səhər deyir, dincəlsənə nədir bu?Deyərdim ki, düşmə dərdə, sevgilim!Vaxtlı-vaxtsız yuxusundan ayılmaqBir adətdir şairlərdə, sevgilim.

İllər ötdü, dəyişmisən daha sən,Oxuyursan ürəyimi gözümdən.– Yazım! – deyə mən dinəndə nə zamanÖz əlinlə dəftərimi açırsan,Gah axşamdan otursam da sübhədək,Düşməyirsən daha dərdə, sevgilim!Bilirsən ki, belə hallar əzəldənBir adətdir şairlərdə, sevgilim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri