Ərzurumun gədiyinəQar ələndi birəm-birəm.Yer inlədi, göy ağladıKəsiləndə bəndim, bərəm.

Tufan qopdu neçə kərə,Qərarını verə-verə.Yas saxladı BabəklərəÇiskin dolu dağım, dərəm.

Dərd Abbasa nələr etdi,“Can” söyləyib, “çor” eşitdiXəstə Qasım xəstə getdi,Aman ağrı, aman vərəm.

Söndü gözlərin işığı,Pozuldu yar-yaraşığı.Nalə çəkdi el aşığıHaray Əsli, haray Kərəm.

Hüseyn Arif, yox tutarım,Kökdən düşüb sazım, tarım.Nə gördü ki, babalarımBu dünyada mən nə görəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri