Qalxdım Şahın zirvəsinə,O istəkdir, istək hələ.Zərrəcə gəlməz eynimə,Yağış, yağmur, külək hələ.

Dağ kəlinin dağ qatarıÖz görkəmi, öz vüqarıƏyilib yaladım qarı,O ürəkdir, ürək hələ.

Hüseyn Arif yanmaz oda,Yorğunluğu salmaz yada.Yaş yetmişə yan alsa da,O şimşəkdir, şimşək hələ.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri