Səməd vurğuna
Yetmişə yetmədi ömrün səfəri,Matəmə büründü altımışın da.Açanda qapını bahar səhəriYumuldu gözlərin əlli yaşında.
O axın fikrimdə yaşayır hələ,Bayramın nə ağır günlərə düşdü,İşıq qaranlıqla, kədər fərəhləAyrılıq görüşlə bir yerə düşdü.
Ölümün yandırıb-yaxdı dostları,Ürək qarla dolu, boranla dolu.Bağlaya biləydim bircə gün, barıSəni bu dünyadan aparan yolu.
Yazdı xəyalından gəlib-keçəniŞair olmayan da, şair olan da.Ağladı, gündüzə qatıb gecəniOn yasda bir dəfə ağlamayan da.
Dodaqda söhbətin, könüldə adın,Yenə kitabların ellərdə gəzər.Əli qələm tutan Vaqif övladınYurdunda alışan çırağa bənzər.
Çıxdım sorağına xəbər verən yox,Özüm də bilmirəm nə edim, ustad?Harda yaxınlaşıb sıxım əlini,Harda o səsini eşidim, ustad?
Nə göydən haray var, nə yerdən aman,Sükuta bürünüb Fəxri xiyaban.Yazda da, qışda da onun yanındanBir dəfə salamsız ötmədim, ustad!
Duyduqca gücünü, qüdrətini mənBaşdan uca tutdum şöhrətini mən,Dosta dost yarandım, düşmənə düşmən,Yadlar ayağına getmədim, ustad.
Dur yenə qolumu salım qoluna,Dolanım sağına, dönüm soluna.Sənin məktəbinə, sənin yolunaHeç zaman xəyanət etmədim, ustad.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-semed-vurguna
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
İki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
QayıtHəsrətin araya atdı dağ, dərə,Sönən işıq oldun, batan səs oldun.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Mancılığ ilə gögə uçan bənəmMancılığ ilə gögə uçan bənəmXeybərüñ qapusını açan bənəm