Mən qorxardım tufandan,Sinəsi sal qayalıSahillər olmasaydı.

Mən qorxardım xəzandan,Nəfəsi gül qoxuluFəsillər olmasaydı.

Mən qorxardım kədərdən,Ürəkdən qəh-qəh çəkib,Gülənlər olmasaydı.

Mən qorxardım ölümdən,Dünyaya məndən sonraGələnlər olmasaydı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri