Gedən kimdi, qalan kimdi,Gedən sənsən, qalan mənəm.Dünyanın bu azad vaxtıAğam sənsən, qulun mənəm.

Şerimdə saçının ətri,Ətir qoxuyur hər sətrim,Gecə-gündüz səndən ötrüXeyir-dua qılan mənəm.

Öz başımı tutub qaldım,Baxtım yatdı, yatıb qaldım,Bir sevgidən yetim qaldım,Anam sənsən, balan mənəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri