Əmimin xatirəsinə

Bu kimin son nəfəsiydi,dəydi, toxundu üzümə?Kim məni qonaq elədigörəsən son nəfəsinə?!

Aldım o son nəfəsi mən,Oldum onun yiyəsi mən,O son nəfəs ciyərimdənkeçdi isinə-isinə.

Çox şeyləri verdim bada,Bir də çətin əlim çata,Amma çatdım bu dünyadason nəfəsin son sözünə.

O son söz bəs nə deyirdi?O son nəfəs nə deyirdi?– Sevin özünə, - deyirdi, -özünə sevin, özünə!...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri