İynəmiz var, sapımız yox,Çömçəmiz var, qabımız yox,Bağlamağa qapımız yox,kilid budu, açar budu.

Hərə bir cür gün qazanar,Kim uduzar, kim qazanar?Kilidlənər darvazalar,həyət budu, hasar budu.

Gün gələr əllidə, yüzdəBağlanar ağız da, göz də,Kilidlənər ömrümüz də,tabut budu, mismar budu!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri