Teleqraf dirəkləri
Öz şerinə qurban gedən şairlərin xatirəsinə"Ağlarsan gecə gələn teleqraf xəbərlərinə..."Nazim Hikmət
Bu teleqraf dirəkləriYoluşdurar küləkləri,Küləklərin saçlarınaDolanıbdı biləkləriteleqraf dirəklərinin.
Səhər-səhər kim dindirdi,Kim dindirdi, sevindirdi,Toy paltarı geyindirditeleqraf dirəklərinə?
Axşam-axşam kim ağlatdı,Qoluna qara bağlatdı.Asıldı bu gecə vaxtıteleqraf dirəklərindən?!
Səssiz getdi, tanınmadı,Satılmadı, alınmadı,Bir nəğməsi çalınmadıteleqraf dirəklərində.
...Keçirib boynu ilgəyəSon əlac qalsa ölməyə,Tanrı barı çox görməyəteleqraf dirəklərini...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-teleqraf-direkleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
تا ظلمت عقلم به تمامی رود از دل
Ancə sənsiz ağlardım, ey baği-cənnət laləsiAncə sənsiz ağlardım, ey baği-cənnət laləsiKim, düşər hər yan gözümdən uş cigər pərkaləsi.
TapmadımEy ağalar, bəylər, cəm olan xanlar,Nalım kimi ah u zarı tapmadım,
Bilmirəm bu Kamal əfəndilərBilmirəm bu Kamal əfəndilər,Nə üçün bikamal olur, ya Rəb?