Yıxılıram
Rayner Mariya Rilkeyə
Yıxılıram, yıxılıram,özümdən yıxılıram.Qəlbimdəki səbirdən,dözümdən yıxılıram.Sığınmağa bir bucaq yox,Yıxılmağa qucaq yox, -yıxılıram, yıxılıram...
Bu dünyanı tanrı özüsaxlar məndən yuxarıda,Bu dünyaya ağlar gözüm.ağlar məndən yuxarıda;Gözüm yaşıdamcı-damcıdamcılayar başıma.
Gözümdən yıxıldım, Allah,gözüm yaşından yıxıldım.Hər şeyin başı sözdü,sözün başından yıxıldım.
Yıxılıram,yıxılıram...
Başımın üstə hər gecəulayır tənha yalquzaq,Göydə ulduzlar hər gecədünənkindən daha uzaq,yıxılıram, yıxılıram...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-yixiliram
← → düymələri ilə keçid, R — təsadüfi şeir