Ürəyimin qəmini,Gözlərimin nəmini,Qardaşımın toyundabuğum-buğum buğlananPlovun dəmini çəkib canınabaşımın üstündən bir bulud keçir.

Anam bulud, canım bulud,Səni gördüm, bağrımın başı göynədi,Gözümün yaşı göynədi,Evimin divarı-daşı göynədi, -al bu daş-divarın əlindən məni,qurtar məni, apar məni özünnən.

Anam bulud, anamdan artıq bulud,Telləri qıvrım bulud,Yanaqla-rı batıq bulud, -məni yəqin sən doğmusan,mən sənin oğlunam yəqin.

Mən bulud oğluyam, bulud balası,Bulud qırığıyam, bulud parası,buludnan doluyam başdan-ayağa.

Çölüm bulud, içim bulud;Köksümdə ürəyim - bulud,Əynimdə pencəyim, köynəyim - bulud,Alnımda saçım - bulud.

Bulud-bulud saçlarımdandaha bir şey qalmadıBu alnımın qırışını gizlətməyə.Məni istətməyə, əzizlətməyədaha bir şey qalmadı, -Anam bulud, bacım bulud,qurtar məni, apar məni özünnən.

Anam bulud,Dərdimdən gözləri sulanan bulud,Özünü yaddan çıxarıb.Bütün göy üzünü yaddan çıxarıbbayaqdan başıma dolanan bulud, -Səni görən kimi qanım qaynadı,köpükləndi-daşdı damarlarımdan,Başımın üstündən tez keç, amandı,Qoyma, qanım qaynadı,Qoyma, qanım buxarlandı,uçdu damarlarımdan,Qalmadı, qanım qalmadı,Yarıcanım qalmadı,tez keç, anam bulud, öldürmə məni...

...Ürəyimin qəmini,Gözlərimin nəmini,Qardaşımın toyundabuğum-buğum buğlananPlovun dəmini çəkib canınabaşımın üstündən bir bulud keçir.

Sağlıqla get, gedən bulud,Gedib, gedib gözümdən itən bulud.

Bir də bu yerlərə gəlsən, gəlməsən,Boylanıban məni görsən, görməsən.qəm eləmə, ağlamaqdan daşın, get,qoşun-qoşun buludlara qoşul, get,Mənli-mənsiz dünya həmin dünyadı,bu dünyanın bu duruşu sağ olsun,yerdə daşı, göydə quşu sağ olsun,Quşların qanadları,Yelpikləsin buludları,Göy üzünün buludlarıqoşun-qoşun sağ olsun.Anam bulud,sən də sağ ol buludların içində,Yağışın sağ olsun,başın sağ olsun...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar