Köhnə nağıl
Bircə-bircə ovladılarQoçaqları, qaçaqları.Qızıl gülləymiş, sən demə,Dünyadan alacaqları.
Bircə-bircə ovladılarGözəlləri, göyçəkləri.Qızıl teştə qan qusmaqmışDünyada görəcəkləri.
Bircə-bircə sındırdılarŞeir yazan barmaqları.Od vurdular, yandırdılarSözü qızıl varaqları.
...Qorxaqları, kifirləriGöz üstündə saxladılar.Bir qəpiklik şeirləriOxudular, ağladılar...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-kohne-nagil
← → düymələri ilə keçid, R — təsadüfi şeir