Əlim qələm tutan gündənSözün əlindən qaçıram.Budaqdan qaçan quş kimiMən də qələmdən qaçıram.

Hər yazdığım sözdən küsüb,Özümə düşmən oluram.Yazmadığım şeirlərinHavasından dəm oluram.

Yazdığım söz mənim deyil,Hər itin-qurdun malıdı.Yazmadığım sözlər mənəYazdığımdan vəfalıdı.

Yazmadığım - qəbrə qədərGizli qalan sirrimdi.Son nəfəsim bəlkə dəƏn vəfalı şerimdi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq