Yazmadığım şeirləriPozuram ömrüm uzunu.Gəzmədiyim şəhərlərdəAzıram ömrüm uzunu.

Toyda ağlamağım gəlir,Yasda gülmək tutur məni.Yasda sevinirəm; sağam!..Toyda ölmək tutur məni.

Mən öləndə, - məni bəlkəBeşikdə aparar balam.Başım üstə layla çalıbQəbri mi yırğalar anam...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri