Bulud kimi ölmək -bir yaz yağışında.Ümid kimi ölmək -bir qız baxışında.

Bir yel qanadındayarpaq kimi ölmək.Bir qəbir altındatorpaq kimi ölmək.

Bir gül kimi ölmək -bir gül dan içində.Bülbül! kimi ölmək -bir hicran içində.

Bir səs kimi ölmək -bir kar qulağında.Bir söz kimi ölmək -bir lal dodağında.

Gündən-günə ölmək,Dönə-dönə ölmək,Öldükcə dirilmək,Sonra yenə ölmək...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar