Səhər də, axşam da işlədi bağban,Verdi çiçəklərə diləklərini.Özü bu dünyadan köçdüyü zamanTökdülər üstünə çiçəklərini.

Bu torpaq adildir başdan-binadan –Nə versə, onu da alacaq insan!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar