Nə köhləndin!Nə mənzillər kəsəcəkdin!Sürüb daşa, yordum səni!Nə çiçəkdin,nə sinələr gəzəcəkdin!Qönçə-qönçə yoldum səni!Söz süfrəmdin,Ayaqlara palaz kimiatdım səni!Bir qədəhə dəyməyənlər sağlığınaQədəh kimi tutdum səni!Nə çay idin!Gülşənlərə axmalıykən,Selablara sovdum səni.Bir ildırım sürətilə yaşamağaYerli-yersizqovdum səni,qovdum səni...Bir ümmandın, dəniz-dənizsatdı, ürək,əlim səni.Həkimlərdən, dərmanlardanİndi gərəkDamla-damla alım səni...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar