Ətrafı qum çölü,qum adası;Çiynində avtomatı,Böyründə qumquması,Gözündə üfüq ayna,Əsgər keşik çəkirsərhəd boyunda.Əsgər növbə dəyişir,Əsgər ağac əkirsərhəd boyunda...Burda elə bürkü də,Qasırğa da, külək dəSərhəd düşməni kimiHücuma məqam gəzər;Torpağa tüfəng əkər,Avtomat bağışlayarSanki sərhədçi əsgər.Əsgər ağac əkir...Yeriyib, özlüyümdəQoşuluram əsgərə,Bu əsgər niyyətiniDaşıyırıq hər yerə –Hər tüfəng qundağındanBir ağac bitib indi!Bu meşə nə sərindi,Bu meşə nə dərindi...Əsgər ağac əkir...

Yanvar, 1973

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri