Təbriz
Mən çoxdan həsrətəm vüsalə, Təbriz.O ceyran baxışlı cəmalə, Təbriz.Qəlbimin içində tellər sızlayır,Arabir gəldikcə xəyalə Təbriz.Bir zaman gülərdin, çiçəklənərdin,Bənzərdin meyvəli nihalə, Təbriz.Azadə yurdunun saf göylərindəOxşardın bir yeni hilalə, Təbriz.Öz dilin, biliyin, öz idrakınla,Getdikcə dolurdun kəmalə, Təbriz.Aşiqdim o azad, gülən səsinə,Vurğundum o hüsnə, cəmalə, Təbriz.Uzaqdan eşqinlə, daşqın sevincləQaldırdıq nə qədər piyalə, Təbriz.Deyirdim: günəşli bahar həyatınXəzandan gəlməsin zəvalə, Təbriz.Gec açdı, tez soldu al çiçəklərin,Qurudu o coşqun şəlalə, Təbriz.Biz yenə üzürük şənlik içində,Sən neçin düşmüsən bu halə, Təbriz?Xəzərə axarkən birləşmiş Araz,O taydan gətirir ah-nalə, Təbriz.Hər yanı bürümüş zülmün alovu,Qəlbindir dağ görmüş bir lalə, Təbriz.O şirin ömrünə kim qatdı zəhər?Cavab ver bu haqlı sualə, Təbriz.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-tebriz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey sönük, çürümüş dünya, parçalan!Qusduğun: əsarət, zəncir, ölüm, qan!
Gənclik marşıAli Pedaqoji İnstitutun tələbələrinə*Bizik bilik, şan ordusu, Azərbaycan ordusu.
SavaşKöçəri həyatından*Yenə səssiz, cansız yurdlar qol atmışdı hər yana,
Sevgi hakim olmalıHarda azad bir ölkə var – o yerləri şənlədənSevgi, məhəbbətdir ancaq, şer ilə həm şairdir.