Səninkidi bu pəncərə,İpək pərdəsi tərpənir.Pəncərəndə özgəsininQara kölgəsi tərpənir.

Keçib soldan-sağdan indi,Baxıram uzaqdan indi,Mən çəkdiyim ahdan indiDünyanın üzü tərpənir.

Tərpənir otu-yarpağı,Tərpənir daşı-torpağı,Yerdən göyə uçur ahım,Ayı-ulduzu tərpənir.

Tərpənir qapın-pəncərən,Diksinib baxırsan çölə;Zəlzələdi, yoxsa eləPəncərən özü tərpənir?1..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri