Yağış yuyur, gün qurudur
Bu yerləri, bu göyləriYağış yuyur, gün qurudur.Bu dünyada çox şeyləriYağış yuyur, gün qurudur.
Gözümüzün yaşını da,Bağrımızın başını da,Qəbrimizin daşını daYağış yuyur, gün qurudur.
Gələn nədi, gedən nədi?Bələk nədi, kəfən nədi?Bu dünya öz kefindədi,Yağış yuyur, gün qurudur.
...Ulduzların tozunu da,Lap günəşin özünü də,Lap yağışın özünü dəYağış yuyur, gün qurudur...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-yagis-yuyur-gun-qurudur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Dəhr dərmandələrdən müşkili asan eylər,Hicr ilə dərd birdir, vəslilə dərman eylər.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
BirAbı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.
Gül surətə nəzər sal, ta gör də laləzarıGül surətə nəzər sal, ta gör də laləzarı,Qısqandı, lalə yandı, köksündə bitdi xarı.