K.Abdullaya

Bu səhəryudum üzümü-gözümübir ovuc suda.Gördüm ayaqdan başacanözümü bir ovuc suda.

Tanıdım qurdu, quzunu,Bu dünyanın hər üzünü,Adamların yaxşısını,pisini bir ovuc suda.

Tapdım olub keçənlərin,Bu dünyadan köçənlərin,Yüz il qabaq içənlərinizini bir ovuc suda.

Atdım hər dərdin daşını,Durdum, dik tutdum başımı,Əritdim gözüm yaşınınduzunu bir ovuc suda...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri