Bu qışı da saldım yola,Bu qar da əridi, anam.Qoşulub əriyən qaraAğlasam, yeridi, anam.

Dönüb baxtın üzü bizdən,Kim qurtarar bizi bizdən?Bu dünyada özümüzdənDərdimiz diridi, anam.

Gün bürüdü dörd bir yanı,Baxtıma doğan gün hanı?Saatım yoxsa dünyanınVaxtından geridi, anam?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri