Yavaş-yavaş sevdim səni,Hər gün bir az da sevdim.Ən çox bu qış sevdim səni.Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdikHavalar soyuyanda.Adamlar qalın geyinib,Ağaclar soyunanda.

Qar altından baş qaldıranÇiçəktək sevdim səni.İstisinə qızındığımOcaqtək sevdim səni.

Hələ bu cür sevməmişdimÖmrüm boyu heç kimi.Səni sevdim qar üstündəYem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağıNə baxırsan göyə sən?Deyirsən ki, günəş çıxıb,Qar əriyir deyəsən...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri