Daş
Əli Kərimin xatirəsinə
Bu sulara kim daş atdı?Bu suları kim oyatdı?Sular oyandı, daş yatdı,ağlama, daşım, ağlama.
Ağaclarım yaşıl-yaşıl,Yarpaqları aşıb-daşır,Yarpaqların arasındaDaşla vurdular bir quşu,ağlama, ağacım, ağlama.
Daş altından bir quş uçdu,Gözündəki bu nə yaşıdı?!Qəbrimin üstündəki daşBir quşa atdığım daşdı,ağlama, bacım, ağlama!..
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-das
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əlifba
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Kim verdi dünən bəzminizə bağdə zivərKim verdi dünən bəzminizə bağdə zivər,Hansı qədi ərər?
GəlsinHəsən paşa tutub Əvəz malımı,Göndərək türkmənlərdən xanlarım gəlsin
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin