Mən də tanrı quşu olsam
Ə.Əylisliyə
Gün doğsa da, işıqlanmazömrün qara günləri.Tanrıyla kim barışdırarbəxtindən küskünləri?
Canımıza hardan dolubbu dəlilik havası?Ağaclar Məcnun olub,başında quş yuvası.
Quşa dönüb mollalar da,qonub minbər başına.Əzan verib, bu şəhəribasdırarlar axşama.
Mən də Tanrı quşu olsam,mən də qonsam minbərə.Hər nə desəm, küfr çıxarbəlkə bütün dinlərə.
Bəlkə məni dörd bir yandannişan alar ovçular.O minbərdən damla-damlaqanım yerə damcılar.
Bir yaralı molla uçarsənə sarı, ilahi.İnsaf elə, bu yaramıözün sarı, ilahi!..
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-men-de-tanri-qusu-olsam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Dözüm verMənə haqsız söz dedilər,Qaldım udquna-udquna.
Mir Cəlal heyy...Mir Cəlalın tək özüydü Mir Cəlala bərabər,söhbətinin yarı həsrət, sevincinin yarı qəm.
MünacatVarlığımla, ürəyimlə,Hissim, duyğum, diləyimlə,