Gəzər küçələri, gəzər tinləri,Səhərdən axşama təkdi bu adam.Fil çəkə bilməzdi o çəkənləri,İlahi, gör nələr çəkdi bu adam!..

Ürəyi sızladı dost yarasından,Xəbəri olmadı öz yarasından,Uçulan evinin xarabasındaÖzgəyə təzə ev tikdi bu adam.

Bu gün o adamı gördüm güzgüdə;Yox-yox, mən deyiləm,yox-yox, özgədi!..İlahi, gör məni necə gizlədib,Elə güzgüdə də təkdi bu adam...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri