– Hara gedirsən, ay gəmi?– Uzaqlara, uzaqlara.– Məktub yazsam, verərsənmiBalıqlara, balıqlara?– Yosunları dərərsənmi,Yosun köynək hörərsənmiUşaqlara, uşaqlara?..

– Hara gedirsən, ay gəmi?– Yaxınlara, yaxınlara.– Məktub yazsam, verərsənmiQohumlara, qohumlara?– Yosunları dərərsənmi,Yosun köynək hörərsənmiXanımlara, xanımlara?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri