Bu gecə işıqlarıküçə uşaqların təkyiyəsiz, ürkək.Əlimdə cib fanarım,balaca işıq Qavroşu,gəzirəm küçələri.

Vitrindəkio "gözəl" də yatmayıb.Sındırasan şüşələri,çıxarasan o "gözəli"küçəyə.

Ancaq...milsəner də yatmayıb.

Dənizkənarı parkınqoca gözətçisiuzanıb skamyada.

Skamyadagündüz əyləşən qızınayağının istisi,Bir də öpüşlər qalıb,boyatlaşıb indiyə.

Reklam kağızlarınabürümək istəyirəmbu neon lampaları, -yalındır əyinləri.Evlərdə xumarlanıryatacaq lüstürləri,(işıq ərköyünləri).

...Bu idmançı qız heykəliüşüyür deyəsən.İcazə verin,atım pencəyimiçiyninizə.Əllərinizi isidərdimovuclarımda,İdmançı oğlan heykəliinciməsə.

Nəsə......Karuseldəfırlanmaq istəyirəmbu gecəBir fırladan olaydı,fırlanaydım sübhəcən.Görəsən, çağırsam milsəneri,fırladarmı karuseli?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri