Səhər ölmək istəyirəm
Səhər ölmək istəyirəm,Gecə ölsəm, bağışla.Bilmirəm necə yaşadım.Necə ölsəm, bağışla.
Tanrıdan bəxt borc alsaydım,Sənə də saxlayardım.Ağlamağı bacarsaydım,Sənə gün ağlayardım.
Gizli ölmək istəyirəm,Xəbər tutsan, bağışla.Qorxuram unutmayasan,Yox, unutsan, bağışla.
Qışda ölsəm, qəm eləmə,Yerim isti olacaq.Ruhum uçub cəhənnəməGedən tüstü olacaq.
Səssiz ölmək istəyirəm,Səsim gəlsə, bağışla.Sənsiz ölmək istəyirəm,Sən də olsan, bağışla!...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-seher-olmek-isteyirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir