Sulara atılan daş kimi, atam,batıram şəhərin dibinə mən də.Qumlarda çırpınanbir cüt balıqtəkÇırpınır gözlərim hər səhər-axşambu ipək pəncərə pərdələrində.… Və bir qarış o yanasürüşkən pəncərə şüşələrindəüzür, ağ yelkənli gəmilər üzür.

Ağ yelkənli gəmilərəyetişməz əlim,Mənə kəndir sallamazlargəmilərin divarlarından.Ağ yelkənli gəmilərinəzib keçdiyiÖlü balıqlar üzür damarlarımda…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri