Məhəmməd Hadinin xatirəsinə

Bilmirəm yuxuydu, nəydi,Bu dünya qırmızı geydi,Saçlarıma bir əl dəydiAnamın əlindən əziz.

Bir dostum, arxam olmadı,Mənsiz darıxan olmadı,Ha yandım, baxan olmadı,İndi yox külümdən əziz.

Bir adayam, qərib ada,Doğmalarım döndü yada,Daha mənə bu dünyadaNə qaldı ölümdən əziz?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri