Dost da ovutmaz məni,ağlaram xısın-xısın.O budaqdan as məni;gözüm yaşı qurusun.

Döydüyüm qapılarınüzü daşdandı, daşdan.Hara qaçım, gizlənimgözdən yağan bu yaşdan?

Əl dəymə, islanmışamtəpədən dırnağacan.İslanmışam bu axşamqələmdən varağacan.

Söz də ovutmaz məni,ağlaram xısın-xısın.O budaqdan as məni;gözüm yaşı qurusun...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri